Haqqımızda

Babək yolunda yerləşən “Elsever” hotel  3-ulduzlu istirahətin bütün elementlərini özündə cəmləşdirən Elsever Otel sizə rahat otaqlar, ləziz və sağlam mətbəx, uşaqlar və böyüklər üçün müxtəlif əyləncələr təklif edir. Naxçıvan Beynəlxalq Hava limanına 2 km məsafədə yerləşir. 2001-ci ildən fəaliyyətə başlayan “Elsever”  otel  40 standart, 1 suit dairəsi olmaqla 41 otaq və 7 kotec ilə xidmətinizdədir. “Elsever” otel tərəfindən hava limanından qarşılanma xidməti də göstərilir. Qeyd: Bu xidmət ödənişlidir. Restoran öz menyusunda milli və dünya mətbəxinin təamları ilə yanaşı,  həkim reseptlərinə əsaslanan diyetik yeməkləri açıq bufet və Ala Carte üslubunda təklif edir. Oteldə yerləşən 300 nəfərlik “Elsever” toy salonunda əlamətdar günlərinizi keçirə bilərsiniz. Oteldə mütəmadi olaraq rəngarəng tədbirlər müxtəlif konsertlər keçirilməsi üçün xüsusi səhnə də mövcuddur.  “Elsever” oteldə uşaqların da istirahəti və əylənməsi üçün lazımi infrastruktur yaradılmışdır. Əlavə olaraq sifarişlə daxili şəhər turu, tarixi və dini abidələrə, təbiət qoruqlarına səyahət də təklif olunur.